
"Azərbaycan futbolu Albaniyadakından xeyli fərqlənir".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Bruno Teluşi "Panoramasport" nəşrinə açıqlamasında Azərbaycan futbolunun səviyyəsi barədə danışarkən deyib.
Albaniyalı yarımmüdafiəçi bildirib ki, iki ölkə futbolu arasındakı fərqin müxtəlif səbəbləri var: "Burada futbolun səviyyəsi yüksəkdir. Şərtlər isə bizdəki ilə müqayisədə daha yaxşıdır".
Qeyd edək ki, ötən ilin oktyabrından "Neftçi"də çıxış edən 30 yaşlı oyunçunun "ağ-qaralar"la müqaviləsi cari mövsümün sonunadəkdir.