
Türkiyə "Qalatasaray"ı Misirin "Zamalek" komandasından icarəyə götürdüyü futbolçu Mustafa Məhəmmədi cari mövsümün sonunda birdəfəlik transfer edəcək.
Sportnet.az-ı məlumatına görə, bu barədə İstanbul klubunun vitse-prezidenti Abdurrahim Albayrak Misirin "filgoal.com" saytına açıqlamasında deyib.
O, misirli hücumçunun ümidləri doğrultduğunu bildirib.
Qeyd edək ki, "Qalatasaray" Mustafa Məhəmmədlə 2021/2022 mövsümünün sonunadək müqavilə bağlayıb. "Sarı-qırmızılılar" 24 yaşlı forvardın keçidi üçün qarşı tərəfə 4 milyon avro təzminat ödəməlidir.