
Bakının "İnter" (hazırkı "Keşlə") klubunun bolqarıstanlı sabiq futbolçusu Petar Zlatinov ölkəsinin "Vihren" komandasının baş məşqçisi təyin olunub.
Sportnet.az xəbər verir ki, 40 yaşlı mütəxəssis bu vəzifədə Zdravko Lazarovu əvəzləyib. Müqavilənin detalları açıqlanmayıb.
Bolqarıstanlı mütəxəssis 2017/2018 mövsümündə də həvəskarlar liqasında oynayan komandaya başçılıq edib.
Qeyd edək ki, 2008 - 2013-cü illərdə "İnter"in formasını Geyinmiş Petar Zlatinov bu komanda ilə iki dəfə Azərbaycan Premyer Liqasının qalibi olub.