İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Radamel Falkao gələcək karyerası haqqında danışıb. Sportnet.az-ın məlumatına görə, kolumbiyalı futbolçu gələcəyini Mançester təmsilçisində gördüyünü deyib.
28 yaşlı hücumçu ingilis futboluna tez adaptasiya olduğunu və Premyer Liqanın Liqa 1-dən daha cazibədar olduğunu bildirib: "Mançesterdə mənə rahatdır, günlərim xoş keçir. İngiltərə Premyer Liqası Fransa çempionatından daha baxımlıdır. Burada müdafiəçilər daha güclü, futbol isə baxımlıdır. İngiltərə futboluna daha tez adaptasiya oldum. Çünki, "Mançester Yunayted"ə qoşulduğum gündən komanda yoldaşlarım mənə çox kömək oldular. Onların belə davranışan yaxşı mənada təəccüblənmişdim".