İspaniya Kubokunda ikinci finalçı da müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, həlledici qarşılaşmada "Barselona"ya "Atletik" komandası rəqib olub.
Bilbao təmsilçisi yarımfinalda "Levante"ni üstələyib. İki komanda arasındakı hər iki görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Cavab oyununun əlavə vaxtında usə "Atletik" daha bir qol vuraraq, qələbəyə nail olub - 2:1.
İspaniya Kuboku
Yarımfinal, cavab oyunu
"Levante" - "Atletik" - 1:2 (əlavə vaxt - 0:1)
Qollar: Marti Roxer, 17 - Raul Qarsiya, 30 (pen.). Alexandro Berenger, 112
İlk oyun - 1:1
Qeyd edək ki, digər finalçşı "Barselona" yarımfinalda "Sevilya"nı iki oyunun nəticəsində məğlubiyyətə uğradıb - 0:2, 3:0.