"Səbail” çempionatın ağır komandalarından biridir. Rəqibə az qol imkanı verir. Aftandil müəllimin işi görünür. Komandadan razı qaldım. Müəyyən qüsurlar var, bunu daxildə müzakirə edəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XIX turunun oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bu gün xal itirmədiklərini bildirib: "Hesab etmirəm ki, xal itirdik. Hər bir komanda istənilən rəqibdən xal ala bilər. Hər bir oyunun təzyiqi fərqlidir".
Baxşıyev buraxdıqları qolu bu cür şərh edib: "Künc zərbəsindən istifadə etmək istəyirdik. Mən komandama deyə bilmərəm ki, hücuma getməyin. Sadəcə, ötürmədə kiçik səhvə yol verdik. Səhv olmasa, heç kim qol vura bilməz".
Baş məşqçi müəyyən fasilədən sonra Cavid Hüseynova şans verməsinin səbəbini açıqlayıb. Baxşıyev bunun futbolçunun adı günü ilə bağlı olmadığını söyləyib: "Cavid oyunu gücləndirdi. Elə onun ötürməsindən sonra da qol vurduq".