"Neftçi" klubunun yeni transferi Keysuke Honda Azərbaycan Premyer Liqasının XX turunda "Səbail"ə qarşı ev matçında oynamayacaq.
Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi həmin vaxtadək 35 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalamayacaq.
Yaponiyalı ulduz futbolçu martın 15-də rəsmi müqaviləyə qol çəkəcək. Beləliklə, Honda "Neftçi"də debütünü milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra - aprelin 4-də XXI turun "Sumqayıt"la ev matçında gerçəkləşdirə biləcək.
Qeyd edək ki, martın 14-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Səbail" matçı saat 17:15-də başlayacaq.