İtaliya "Yuventus"unun baş məşqçisi Andrea Pirlo futbolçu Kriştianu Ronaldunun komandadan mümkün gedişi haqqında suala cavab verib.
Sportnet.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis bu barədə məlumatların şayiə olduğunu qeyd edib. O, belə şayiələri normal saydığını bildirib: "Ronaldu Lionel Messi ilə bərabər dünyada ən əhəmiyyətli oyunçudur. O, Çempionlar Liqasında əla oynayırdı və öz cəsurluğunu göstərirdi”.
Portuqaliyalı hücumçu cari mövsümdə 32 oyuna 27 qol vurub.
Daha əvvəl bildirilirdi ki, "Yuventus" Ronaldunu 60 milyon avroya satmağa hazırdır. Məlumata görə, "Yuventus" 36 yaşlı forvarda illik 31 milyon avro ödəyə bilmədiyi üçün belə qərara gəlib. Ronaldunu almağa əsas namizəd isə Fransa PSJ-sidir.