Futbol üzrə Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Canni De Byazinin baş məşqçilik etdiyi komanda Moldova seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma iyunun 5-də paytaxt Kişineuda gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan yığması mayın 28-də Alanyada Türkiyə, iyunun 2-də isə Minsk şəhərində Belarus yığması ilə qarşılaşacaq.