Serbiya Futbol İttifaqının prezidenti Slavişa Kokeza istefa verib.
Sportnet.az-ın məlumatına görə, onun adam oğurluğu və qətldə ittiham olunan qrupla yaxın əlaqələri olduğu iddia edilir.
Funksioner "Tanyuq" agentliyinə açıqlamasında qərarını özünə qarşı yönələn böhtan və hücumlarla əlaqələndirib.
Kokeza 2016-cı ildən federasiyanın prezidenti vəzifəsində çalışırdı.
Qeyd edək ki, Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən biridir. Canni De Byazinin başçılıq etdiyi kollektiv martın 30-da Bakıda bu komanda ilə üz-üzə gələcək.