Azərbaycan millisinin futbolçusu Emin Mahmudov İtaliyanın Turin şəhərində Portuqaliya yığmasına uduzduqları DÇ-2022-nin seçmə mərhələ oyununu şərh edib.
Sportnet.az-ın məlumatına görə, "Neftçi"də çıxış edən 29 yaşlı yarımmüdafiəçi matçın çətin keçdiyini bildirib.
"Çox ağır oyun oldu. Amma inanıram ki, daha yaxşı oynayacağıq"!, - o, feysbuk səhifəsində yazıb.
Qeyd edək ki, qarşılaşma portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.