"Sumqayıt" klubunun futbolçusu Cavid İmamverdiyev əvəzedici komandaya göndərilib.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi "Sumqayıt-2"nin evə "Kəpəz"i 2:0 hesabı ilə yendiyi Azərbaycan I Divizionunun XIX tur matçında çıxış edib. Komandasını meydana kapitan sarğısı ilə çıxarmış İmamverdiyev 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. O, görüşü əvəz olunmadan keçirib.
Bu qələbə sayəsində xalını 14-ə çatdıran "Sumqayıt-2" sonuncu pilləni tərk edib.
Klubdan Sportnet.az-a bildirilib ki, əvəzedici komandaya göndərilməsi İmamverdiyevin cəzalandırılması ilə bağlı deyil. Bu addımın oyun təcrübəsi toplamaqdan ötrü atıldığı əlavə olunub.
Qeyd edək ki, Cavid İmamverdiyev "Sumqayıt"a mövsümün əvvəllərində keçib.