
İngiltərənin "Mançester Siti" klubu rəsmi saytında 2019/2020 mövsümünün maliyyə hesabatını açıqlayıb.
Sportnet.az xəbər verir ki, "şəhərlilər" koronavirus pandemiyası səbəbindən ötən mövsümü 126 milyon funt-sterlinq məbləğində xalis zərərlə başa vurub.
Premyer Liqa təmsilçisinin gəlirləri ötən maliyyə dövrü ilə müqayisədə 11 faiz (478,4 milyon funt-sterlinq) azalıb. Hesabata futbolçu satışlarından əldə olunan gəlirlər daxil edilməyib.
Qeyd edək ki, "Mançester Siti" hazırda 74 xalla turnir cədvəlinə başçılıq edir.