Premyer Liqanın XXII turunun "Qarabağ"la səfər oyununda (1:4) zədələnən "Sumqayıt"ın futbolçusu Əli Qurbaninin durumuna aydınlıq gəlib.
Klubun Mətbuat katibi Rəşad Məmmədovun Sportnet.az-a verdiyi məlumata görə, bu gün MRT müayinəsindən keçən 31 yaşlı hücumçunun zədəsi ciddi deyil.
Azərbaycan millisinə də dəvət alan forvardın ölkə çempionatının XXIII turunda "Qəbələ" ilə ev matçında meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, aprelin 16-da keçiriləcək oyun saat 20:15-də başlayacaq.