"Zirə" klubu "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XXIII tur matçına ciddi itki ilə çıxacaq.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov məlumat verib.
39 yaşlı mütəxəssis kapitan Ağabala Ramazanovun cəza üzündən oynamayacağını bildirib: "Bu, bizim üçün ciddi itkidir. Amma əminəm ki, onun mövqeyində oynayan futbolçular Ramazanovu layiqincə əvəzləyəcəklər. Biz gəldiyimiz gündən çalışmışıq ki, əsas və ikinci heyət kimi fikir formalaşmasın. Belə məqamlarda kimsə özünü ikinci dərəcəli oyunçu kimi hiss etməməlidir. "Neftçi" ilə görüşdə də bu itkinin hiss edilməməsi üçün çalışacağıq".
Qeyd edək ki, aprelin 17-də keçiriləcək "Neftçi" - "Zirə" oyunu saat 20:15-də başlayacaq.