
"Qəbələ" klubu səfərdə "Sumqayıt"la keçirdiyi Azərbaycan Premyer Liqasının XXIII tur matçında itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi Asif Məmmədov 39-cu dəqiqədə zədələnib. Oyuna davam edə bilməyən Məmmədovu Ülvü İsgəndərov əvəzləyib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.