
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son oyununda "Neftçi" "Zirə"ni qəbul edib. "Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə bütün qollar ikinci hissədə vurulub. 47-ci dəqiqədə çempionatın bombardiri Namik Ələskərov hesabı açıb. 74-cü dəqiqədə Mirabdulla Abbasov 2-ci topu rəqibin qapısından keçirib. Cəmi 3 dəqiqə sonra isə Ələskərov dubl edib. Bu, onun Premyer Liqada 16-cı qolu olub. Son nöqtəni isə matçın əsas vaxtına əlavə olunmuş sonuncu - 2-ci dəqiqədə Stiven Jozef-Monroz qoyub.
Bu nəticə ilə "qartallar"a qarşı 5 oyunluq qələbəsizlik seriyasına son qoyan "Neftçi" xallarını 46-ya çatdıraraq lider "Qarabağ"la fərqi minimuma endirib. "Zirə" isə 32 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, günün ilk matçında "Keşlə" evdə "Sabah"la qolsuz bərabərliyə razılaşıb. İlk oyun günündə "Qarabağ" səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib. "Sumqayıt" isə doğma meydanda "Qəbələ"yə 2 cavabsız qolla qalib gəlib.
--------------------------
Azərbaycan Premyer Liqasında XXIII turun növbəti görüşü "Keşlə" və "Sabah" komandaları arasında olub.
Sportnet.az-ın məlumatına görə, "ASK Arena"da keçirilmiş oyun qolsuz yekunlaşıb.
Bu nəticədən sonra "Sabah" 21 xalla 7-ci, "Keşlə" 20 xalla 8-ci pillədə qalıb.
Qeyd edək ki, turun ilk oyun gününün "Səbail" - "Qarabağ" matçında qalib müəyyənləşməyib - 1:1. "Sumqayıt" isə "Qəbələ"ni 2:0 hesabı ilə yenib. Tura saat 20:15-də başlanacaq "Neftçi" - "Zirə" oyunu ilə yekun vurulacaq.
---------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, turun son 2 oyunu paytaxtda keçiriləcək.
Günün ilk görüşündə "Keşlə" və "Sabah" komandaları "ASK Arena"da üz-üzə gələcəklər. Hazırda qonaqlar 20 xalla 7-ci, 1 xal az toplayan meydan sahibləri isə sonuncudur. Bunadək çempionatdakı 9 matçın 4-də "Keşlə", 1-də "Sabah" qələbəyə sevinib. 4 qarşılaşma isə heç-heçə başa çatıb. Topların fərqində də Sənan Qurbanovun baş məşqçi olduğu komandanın üstünlüyü var - 12:6. “Sabah” "Keşlə"yə 8 oyundur qalib gələ bilmir. Son 4 matçda cəmi 2 top vurulub.
Turun son oyununda 43 xalla 2-ci sırada yer alan "Neftçi" 32 xalla 4-cü pillədə qərarlaşan "Zirə"ni sınağa çəkəcək. "Ağ-qaralar" qalib gələcəyi təqdirdə, lider "Qarabağ"la xal fərqini minimuma endirə bilər. İndiyədək baş tutmuş 21 Premyer Liqa oyununun 11-də qonaqlar, 4-də isə meydan sahibləri qələbə qazanıb. Topların fərqi də "qartallar"ın xeyrinədir - 23:18.
"Neftçi" kubok matçları da daxil, 5 oyundur "Zirə"nin qapısına yol tapa bilmir. Rəşad Sadıqovun baş məşqçi kollektiv isə son 5 matçda cəmi bir 1 qol vurub. Bundan başqa, qəsəbə təmsilçisi son 5 səfər oyununda qalib gələ bilməyib.
17 aprel (şənbə)
18:00. “Keşlə” – “Sabah” - 0:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəhim Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”.
20:15. “Neftçi” – “Zirə” - 4:0
Qollar: Namik Ələskərov, 47; 77, Mirabdulla Abbasov, 74, Stiven Jozef-Monroz, 90+2
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”
Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib, "Sumqayıt" isə evdə "Qəbələ"yə 2 cavabsız qolla qalib gəlib.