"Komandamızı təbrik edirəm. Qələbə qazandıq. Yolumuza davam edirik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Zirə"ni 4:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, böyük hesabla qaloib gəlirsənsə, deməli, emosiyalar müsbətdir: "Öz azarkeşlərimiz mənə irad tutur ki, əvvəlki komandalarda daha çılğın idiniz. Ortaq yol tapmalıyam ki, həm sizi, həm də onları razı salım. Oyun doğrudan da pis keçmədi. "Zirə" doğrudan da yaxşı komandadır. İnanın səmimiyyətimə, baş məşqçisi qısa müddətdə böyük işlər görüb. Bizi onlarla oyun ərəfəsində çox fikirləşməyə vadar etdi. Bu gün istənilən hesab ola bilərdi. Bu hesab "Zirə"nin gücünü göstərmir. Əsas odur ki, arxayınlaşmayaq. Oruc tutan futbolçular var. Hər şeyə fikir verməliyik".
Abasov qələbəni səbirli oynamaları ilə əlaqələndirib: "Zirə" ilə əvvəlki 3 oyunu götürsək, onlara qarşı elə də pis oynanamamışdıq. Sadəcə, qol epizodlarına girə bilməmişdik. Bu gün isə daha səbirli, ehtiyatlı oynadıq. Matçın açar hissəsi də bu oldu. Yeganə fərq səbrli oynamağımız oldu".
Baş məşqçi mövsüm ərzində ən yaxşı oyunlarını keçirdiklərini vurğulayıb: "Qəbələ"yə qarşı da çox yaxşı təsir bağışlamışdıq. Sadəcə, orada tələsirdik. Məşqlərdə etdiyin meydanda alınanda bundan zövq alırsan. Bu gün futbolçularımız tam olaraq "Zirə"yə köklənmişdi. Meydanda sanki mexanizm işləyirdi".