
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, günün son matçında "Qarabağ" səfərdə "Sumqayıt"la qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.
Günün ilk oyununda isə "Zirə" səfərdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 29-da olacaq.
--------------------
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Keşlə" "Zirə"ni qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı "Keşlə" açıb. 45+2-ci dəqiqədə Sadio Tounkara fərqlənib.
Birinci hissə bu hesabla başa çatıb. İkinci yarıya qonaqlar daha fəal başlayıb. "Zirə"nin heyətində Rodriqo Bonqonqui 57-ci dəqiqədə tarazlığı bərpa edib. 5 dəqiqə sonra isə Nemanya Ancelkoviç komandasını önə keçirib.
Qeyd edək ki, günün digər matçında "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. Cavab qarşılaşmaları aprelin 29-da olacaq.
--------------------
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal oyunlarına start veriləcək. Sportnet.az-ın məlumatına görə, mərhələnin hər iki görüşü eyni gündə baş tutacaq.
Günün ilk matçı "ASK Arena"da "Keşlə" və "Zirə" komandaları arasında olacaq. Vətən müharibəsi iştirakçısı Kamal Umudlunun idarə edəcəyi qarşılaşma saat 18:30-da başlayacaq. Klublar indiyədək kubokda üz-üzə gəlməyiblər.
Yarımfinalın digər oyununda isə "Qarabağ" Sumqayıtda eyniadlı komanda ilə qarşılaşacaq. Kollektivlərin bunadək ölkə kubokunda yolları 4 dəfə kəsişib. Bunların üçündə Ağdam klubu, birində "gənclik şəhəri" təmsilçisi mərhələ adlayıb. Ümumilikdə 7 oyunun altısı qonaqların, biri isə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Topların nisbəti də "köhlən atlar"ın xeyrinədir - 22:6. Sumqayıtlılar öz meydanındakı hər üç oyunda qol vurub. "Qarabağ" isə evdəki 4 matçın hamısında qalib gəlib.
Azərbaycan Kuboku, yarımfinal
İlk oyunlar
18:30. “Keşlə” – “Zirə” - 1:2
QOLLAR: Sadio Tounkara, 45+2 - Rodriqo Bonqonqui, 57. Nemanya Andelkoviç, 62
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”.
20:30. “Sumqayıt” – “Qarabağ” - 0:0
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab matçları aprelin 29-da oynanılacaq.