 
Bakıda təlim-məşq toplanışını davam etdirən 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandaları yoxlama oyununda üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, görüş 2:1 hesabı ilə U-17-nin xeyrinə başa çatıb. Qalib komandadan Samir Ağayev və Sənan Ağalarov fərqlənib. U-19-un qoluna isə Zöhrab Əsədov imza atıb.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    























































