
Azərbaycan millisinin və "Qarabağ" klubunun qapıçısı Şahruddin Məhəmmədəliyevin durumuna aydınlıq gəlib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, 27 yaşlı qolkiperin sağ qolunda sınıq aşkarlanıb.
Təcrübəli oyunçu mövsümün qalan hissəsində meydana çıxmayacaq.
-----------------------------------
"Qarabağ" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev növbəti dəfə zədələnib.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı qolkiper "Zirə"yə qarşı keçirdikləri Premyer Liqanın XXV tur oyununda xəsarət alıb.
Məhəmmədəliyev meydanı göz yaşları içində tərk edib. Onu 22-ci dəqiqədə Emil Balayev əvəzləyib.
Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab bərabərdir - 1:1.