"Keşlə" futbol klubu 3 oyunçusu ilə yollarını ayırıb.
Paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanovun Sportnet.az-a verdiyi məlumata görə, Con Kamara, Sadio Tounkara və Silvio Rodriges komandadan göndərilib. Sözügedən oyunçularla başa çatan müqavilənin müddəti yenilənməyib.
Kamara 2019-cu ilin yanvarından "Keşlə"də çıxış edirdi. Rodriges ötən ilin yayında, Tounkara isə başa çatan mövsümün ikinci yarısında Bakı klubuna keçmişdi.
Qeyd edək ki, çempionatı 26 xalla 6-cı pillədə başa vuran "Keşlə" ölkə kubokunun finalında "Sumqayıt"ı məğlub edərək, titula sahib çıxıb.