Sezar Meza Kolli "Keşlə" ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi bu barədə öz İnstaqram səhifəsində paylaşım edib.
"Keşlə"dəki oyununun videogörüntülərini paylaşan futbolçu "Sağ ol, "Keşlə" yazıb və bununla da komanda ilə vidalaşıb.
Qeyd edək ki, karyerasında 3 dəfə "Keşlə"də çıxış etmiş 29 yaşlı futbolçu sonuncu dəfə 2020-ci ildə bu komandaya keçib. Onunla "Neftçi" yaxından maraqlanır.