Türkiyənin "Konyaspor" klubu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Barış Ekincieri yenidən gündəminə alıb.
Sportnet.az "Haber 7"yə istinadən xəbər verir ki, Konya təmsilçisi 22 yaşlı hücumçu üçün Almaniyanın "Bohum" klubuna növbəti dəfə təklif göndərəcək.
II Bundesliqa təmsilçisinin bu transferə razı olacağı gözlənilir. Ekincierin transfer dəyəri 100 min avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Azərbaycan millisinin formasını 12 dəfə geyinən futbolçu 4 qol vurub. "Konyaspor" qış transfer dönəmində də Barış Ekincieri transfer etmək istəyib, lakin keçid baş tutmayıb.