Azərbaycanın xalq artisti Azərin bu gün Avropa çempionatında mübarizəyə başlayacaq Türkiyə millisinə mahnı həsr edib.
Sportnet.az-ın məlumatına görə, "Canım Türkiyem" adlanan mahnının bəstəkarı Zümrüd Tağıyevadır. Fatih Ihlamurun aranjman etdiyi mahnıya çəkilmiş klip sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Qeyd edək ki, Türkiyə millisi AVRO-2020-nin açılış matçında bu gün Romada İtaliya yığması ilə qarşılaşacaq. "Ay-ulduzlular" A qrupundakı digər iki görüşünü - Uels və İsveçrə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.