1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məşhur qapıçı 43 yaşında yeni müqavilə bağladı
İngiltərə "Tottenhem"inin qapıçısı Bred Fridel klubla müqaviləsini uzadıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 43 yaşlı qolkiperin yeni anlaşması 1 il müddətinə nəzərdə tutulub.
Fridel həm də klubun ABŞ-dakı səfiri olacaq.
Bu mövsüm Fridel "Tottenhem"in heyətində müxtəlif turnirlərdə 9 oyun keçirib. ABŞ millisinin sabiq qolkiperi karyerasına 1995-ci ildə Danimarka "Bröndbü"sündə başlayıb. Növbəti il o, Türkiyə "Qalatasaray"ının heyətində 30 matça çıxıb. Ardından Fridel ABŞ-ın "Kolambus Kryu", İngiltərənin "Liverpul", "Blekbern Rovers" və "Aston Villa" komandalarında da forma geyinib. O, hazırkı klubunda 2011-ci ilin yayından çıxış etməyə başlayıb və 50 oyunda qapısından 59 top buraxıb. Lakin Uqo Lyorisin alınmasından sonra təcrübəli qolkiper əsas heyətdəki yerini itirib.