Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu Avropa çempionatları tarixində ən sərrast futbolçu olub.
Sportnet.az xəbər verir ki, F qrupunun Macarıstanla oyununda dubl edən 36 yaşlı hücumçu qollarının sayını 11-ə çatdıraraq Fransa millisinin sabiq forvardı Mişel Platinini (9 qol) geridə qoyub. Platini qolların hamısını AVRO-1984-də vurub.
Qeyd edək ki, Macarıstan - Portuqaliya görüşü Pireney təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.