Fransa milli komandasının futbolçusu Pol Poqba Almaniyanı 1:0 hesabı ilə məğlub etdikləri Avropa çempionatının qrup oyunundan sonra maraqlı addım atıb.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi mətbuat konfransı zamanı masanın üzərindən pivə butulkasını götürərək yerə qoyub.
Qeyd edək ki, F qrupunun qarşılaşması Fransanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Daha əvvəl Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldu mətbuat konfransında AVRO-2020-nin sponsorlarından olan "Coca-Cola" imtina etməklə bağlı çağırış edib. Avropa çempionatına iyulun 11-də yekun vurulacaq.