"Qarabağ" futbol komandası iyulun 4-dən Avstriyada təlim-məşq toplanışına başlayacaq.
Sportnet.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib.
O, iyulun 16-dək davam edəcək hazırlıq prosesi müddətində 3 yoxlama oyunu keçirəcəklərini söyləyib: "Avstriyada Bolqarıstanın MOİK (Sofiya) və Rusiyanın "Arsenal" (Tula) klubları ilə üz-üzə gələcəyik. "Arsenal"la oyunumuz iyulun 11-də olacaq. MOİK-lə matçımızın tarixi və üçüncü rəqibimiz hələ ki, bəlli deyil. Bu görüşlərdən sonra Bakıya qayıdaraq, Konfrans Liqasının II təsnifat mərhələsində İsrail "Aşdod"u ilə evdə keçirəcəyimiz görüşə hazırlaşacağıq".
Qeyd edək ki, "Qarabağ"ın ilk oyunu iyulun 22-də, cavab görüşü isə bir həftə sonra olacaq ("Report").