"Səbail" klubu təlim-məşq toplanışı üçün Gürcüstana yollanmaq istəyir.
Bu barədə Sportnet.az-a paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev məlumat verib.
40 yaşlı mütəxəssis Qəbələ variantlarının da olduğunu bildirib: "Gürcüstan variantına gəlincə, sərhədlərin açılmasını gözləyirik. Açılmasa, hazırlıq prosesi, böyük ehtimalla, Qəbələdə olacaq. Dəqiq tarix haqqında məlumat verə bilməyəcəyəm. İyulun əvvəlində toplaşmaq istəyirik".
Hacıyev transfer çalışmalarının və müqaviləsi bitən bəzi futbolçularla danışıqların davam etdiyini söyləyib.
Qeyd edək kİ, "Səbail" 2020/2021 mövsümünü 24 xalla sonuncu - 8-ci pillədə bitirib.