
Belçika millisinin futbolçusu Kevin De Brüyne zədələnib.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Avropa çempionatının 1/8 final mərhələsində Portuqaliyaya qarşı keçirdikləri oyunda sıradan çıxıb.
Onun yerinə 48-ci dəqiqədə meydana Dris Mertens daxil olub. De Brüyne ilk hissənin sonlarında Joau Palinya ilə mübarizədə xəsarət alıb.
Qeyd edək ki, Belçika hazırda 1:0 hesabı ilə öndədir.