
"Təlim-məşq toplanışımız çox yaxşı keçir. Komandada ab-hava yüksəkdir".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ən qapıçısı Şahruddin Məhəmmədəliyev Avstriya toplanışını klubun rəsmi saytına dəyərləndirərkən deyib. Təcrübəli qolkjper qarşıdakı oyunlara çox ciddi hazırlaşdıqlarını bildirib: "İlk hədəf Konfrans Liqasında uğurlu çıxış etməkdir".
Məhəmmədəliyev aarkeşlərlə bağlı qərara çox sevindiklərini söyləyib: "Çox şadam ki, onlar yenidən tribunalara qayıdır. Uğurlarımızda fanatlarımızın payı danılmazdır. Onların dəstəyinə hər zaman ehtiyacımız var. Azarkeşlər bizim üçün çox önəmlidir".
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah AFFA-nın müraciətini müsbət cavablandıraraq, avrokubok oyunlarına stadion tutumunun 50 faizinədək azarkeşin buraxılmasına razılıq verib. "Qarabağ" iyulun 22-də Konfrans Liqasının İI təsnifat mərhələsində İsrail "Aşdod"unu qəbul edəcək.