
Yeni mövsümə hazırlığını Türkiyədə davam etdirən “Sumqayıt” komandası son yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Rumıniya “Petrolul”u ilə qarşılaşıb. Görüş.rəqibin qələbəsi ilə yekunlaşıb - 2:0.
Beləliklə, “Sumqayıt” 2021/22 mövsümü üçün təlim-məşq toplanışının ikinci mərhələsini də başa vuraraq sabah Vətənə qayıdacaq.
Qeyd edək ki, “Sumqayıt” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha öncə keçirdiyi sınaq matçlarından da məğlub ayrılmışdı. Abbasovun komandası “Keçiörengücü” ilə “Qaziantep”ə 1:2, “Sivasspor”a isə 0:2 hesabı ilə uduzub.