"Qarabağ" klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, Kiprin AEL komandasıdır. Limassol şəhərini təmsil edən kollektiv Konfrans Liqasının II təsnifat mərhələsində Albaniya "Vlajniya"sını üstələyib. "Vlajniya" həm səfərdə, həm də öz meydanında eyni hesabla uduzub - 0:1.
"Qarabağ" AEL ilə ilk görüşünü avqustun 5-də səfərdə, cavab qarşılaşmasını avqustun 12-də evdə keçirəcək.
Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Konfrans Liqasının II təsnifat mərhələsində İsrail "Aşdod"unu iki oyunun yekununda yenib - 0:0, 1:0.