Kiprdə AEL və "Qarabağ" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun vaxtında başlamamasının səbəbi bəlli olub.
Sportnet.az xəbər verir ki, görüşün start fitindən əvvəl yerli azarkeşlərlə Ağdam təmsilçisinin ehtiyat oyunçuları arasında qarşıdurma yaranıb.
AEL nümayəndələrinin müdaxiləsindən sonra fanatlar sakitləşdirilib və gərginlik aradan qaldırılıb. Nəticədə 21:00-da başlamalı olan görüşün start fiti bir neçə dəqiqə ləngiyib.
Qeyd edək ki, Larnaka şəhərindəki “AEK Arena”da keçirilən matçda hazırda ikinci hissə oynanılır və hesab açılmayıb.