“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi ispaniyalı yarımmüdafiəçi Kristian Sebalyosla 3 illik müqavilə bağlayıb.
28 yaşlı oyunçu “Sabah”da 11 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Barselona” Futbol Akademiyasının yetirməsi olan Sebalyos, karyerası ərzində İngiltərənin “Tottenhem” (2011-2013), “Çarlton” (2015/2016), Portuqaliyanın “Aroka” (2013/2014), Belçikanın “Sent-Trüden” (2016-2019), Qətərin “Al-Vakra” (2019-2021) və “Qətər” (2020/21) klublarında çıxış edib.