
"Səbail" klubu 3 futbolçu ilə müqavilə bağlayıb.
Sportnet.az-ın məlumatına görə, bunlardan ikisi yerli oyunçu, digəri isə legionerdir.
Orxan Fərəcov ilə 1 illik müqavilə imzalanıb. 20 yaşlı yarımmüdafiəçi 20 nömrəli formanı geyinəcək.
2018-ci ildən etibarən “Səbail”in uğurları üçün çalışan 23 yaşlı yarımmüdafiəçi Ruslan Hacıyev daha bir mövsüm “dənizçilər”in şərəfini qoruyacaq.
Nəhayət, qanalı Camal Araqo ilə 1 illik müqavilə imzalanıb. 28 yaşlı müdafiəçi 30 nömrəli formanı geyinəcək.