
Gənclərə və idmana aid layihələr icra edən “Nar” və “Zirə” Peşəkar Futbol Klubu arasında sponsorluq
və əməkdaşlığa dair müqavilə imzalanıb.
Sportnet.az xəbər verir ki, artıq komandanın formasında, ev oyunlarının keçirildiyi
meydanın kənarında “Nar” loqosunu görmək mümkün olacaq. Əsas məqsəd “Zirə”yə dəstək
olmaq, futbolun kütləviliyini artırmaq və gəncləri sağlam həyata yönləndirməkdir.
Qeyd edək ki, “Zirə” Peşəkar Futbol Klubu 2014-cü ildə təsis edilib. “Qartallar” 1 dəfə Azərbaycan
Premyer Liqasının gümüş medallarına sahib olub, 1 dəfə isə ölkəmizi UEFA Avropa Liqasında təmsil
edib. Komanda elə ilk cəhddə avrokuboklarda mərhələ adlamağa nail olub.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb.