"Bu məğlubiyyət xəyal qırıqlığı yaratdı və bizi yenidən dünyaya gətirdi. Son həftələrdə həqiqətən yaxşı işlər görmüşük".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Şotlandiyanın "Aberdin" komandasının kapitanı Skott Braun Liqa Kubokunda "Reyt Rovers"ə 1:2 hesabı ilə uduzduqları oyun barədə "Heraldscotland"a açıqlamasında deyib.
36 yaşlı yarımmüdafiəçi Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la matçın vacib olduğunu bildirib: "Cümə axşamı böyük oyunumuz var. Bu qarşılaşmanı səbrsizliklə gözləyirik və matça hazırlaşmalıyıq. Səfərdə sərfəli nəticə qazansaq, komanda olaraq yaxşı vəziyyətə gələcəyik. Bir sözlə, artıq "Qarabağ"la görüşə köklənməliyik".
Qeyd edək ki, "Qarabağ" və "Aberdin" arasında ilk oyun avqustun 19-da, ikinci qarşılaşma isə avqustun 26-da olacaq.