 
"Qarabağ"ın futbolçusu Filip Ozobiç Azərbaycan millisində debüt edib.
Sportnet.az-ın məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi səfərdə Lüksemburqa qarşı dünya çempionatının seçmə mərhələ oyununda start heyətində meydana çıxıb.
O, yığmanın formasını geyinən ilk xorvatiyalı oyunçu kimi tarixə düşüb.









 
                 





 
     
     
     
     
     
     
     
     
     
    






















































