UEFA "Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında Konfrans Liqasının qrup oyununun keçiriləcəyi stadionla bağlı Bakıya xüsusi nümayəndə göndərəcək.
Bu barədə Sportnet.az-a Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, qitə futbol qurumunun əməkdaşı iki arenanın - Tofiq Bəhramov adına Respublika stadionu və Bakı Olimpiya Stadionunun (BOS) ot örtüyünə baxış keçirəcək: "Məhz bundan sonra görüşün oynanılacağı məkan dəqiqləşəcək. Biz qarşılaşmanın mərkəzi arenada keçirilməsini istəyirik. Amma böyük ehtimalla oyun BOS-a salınacaq".
Qeyd edək ki, sentyabrın 16-da gerçəkləşəcək "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.