"Qarabağ"ın futbolçusu İbrahima Vadji Azərbaycan Premyer Liqasının III turunda "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisinin hər iki qoluna imza atan 26 yaşlı hücumçu şəxsi instaqram hesabından paylaşım edib.
Seneqallı forvard həmin görüşdə yaxşı performans sərgilədiklərini bildirib: "Komanda yoldaşlarımı qələbə münasibəti ilə təbrik edirəm. Artıq növbəti oyuna köklənməliyik".
Qeyd edək ki, "Qarabağ" sentyabrın 16-də Konfrans Liqasının qrup mərhələsinin I turunda İsveçrənin "Bazel" klubunu qəbul edəcək.