Əfsanəvi futbolçu Pele intensiv terapiya şöbəsindən palataya köçürülüb.
Sportnet.az-ın məlumatına görə, bu barədə braziliyalı keçmiş hücumçunun özü sosial şəbəkə hesabı vasitəsilə açıqlama verib. O, yerdəyişmənin bədənindəki şişin götürülməsi üzrə əməliyyatdan sonra gerçəkləşdiyini bildirib.
Pele gündən-günə özünü xoşbəxt hiss etməyə başladığını vurğulayıb: "Mən həyatımın 90 dəqiqəsini uzatma vaxtı ilə oynamağa köklənmişəm. Tezliklə birlikdə olacağıq".
Qeyd edək ki, son zamanlar Pele səhhətindəki bir sıra problemlərlə mübarizə aparıb.