"Oyunlarda mümkün olan ən yaxşı nəticəni əldə etmək istəyirik. Amma son vaxtlarda qeydə alınan 3 heç-heçəyə görə təzyiq də hiss etmirik".
Sportnet.az-ın məlumatına görə, bunu İsveçrə "Bazel"inin baş məşqçisi Patrik Rahmen komandasının çıxışı barədə "Blick-Infos"a açıqlamasında deyib.
52 yaşlı mütəxəssis bildirib ki, yeni mövsümdə heç bir görüşdə uduzmayıblar və yerli çempionatda ən yaxşı top fərqinə malikdirlər: "Amma bir şey aydındır ki, inkişaf etməli və sürəti artırmalıyıq. Özümüzdən gözlədiyimiz də məhz budur. Meydanda mövsümün əvvəlində göstərdiyimiz oyunu sərgiləmək istəyirik".
Qeyd edək ki, "Bazel" UEFA Konfrans Liqasının qrup mərhələsindəki ilk oyunu Bakı Olimpiya Stadionunda "Qarabağ"a qarşi keçirib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.