UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda Nikosiyada "Omoniya"nın qonağı olacaq "Qarabağ" növbəti itki ilə üzləşib.
Bu barədə Sportnet.az-a Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, İsmayıl İbrahimli dünən məşqdə əzələsini dartıb və 23 yaşlı yarımmüdafiəçi 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Zədələrini sağaldaraq məşqlərə başlayan Bədavi Hüseynov və Elvin Cəfərquliyevin də sabahkı görüşdə iştirakı gözlənilmir. "Köhlən atlar"ın ispaniyalı legioneri Xayme Romero əməliyyat olunduğu üçün ən azı 6 ay meydana çıxmayacaq.
Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.