"Bizim üçün vacib oyundur. Amma sabahkı görüşü kritik adlandırmazdım. Buna baxmayaraq, yaxşı nəticə qazanmaq istəyirik".
Sportnet.az-ın məlumatına görə, bunu Kipr "Omoniya"sının kapitanı Xordi Qomes evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
İspaniyalı yarımmüdafiəçi komandasına inandığını bildirib: "Əvvəlki iki mövsümdən sonra tələblər böyüyüb. Uğur qazandıqca, hədəflərin böyüməsi normaldır. Çempionatda cəmi 3 oyun keçirdikdən sonra qrup matçına çıxdıq. Futbolçulara inanıram".
Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.