“Beerşot”dan ayrılmağımın səbəbi Belçika klubunun mənə təklif etdiyi yeni müqavilənin şərtlərinin ürəkaçan olmaması idi”.
Sportnet.az-ın məlumatına görə, bunu yay fasiləsində “Zirə” ilə 2 illik müqavilə imzalayan Loris Bronyo deyib.
29 yaşlı belçikalı hücumçu seçimini belə əsaslandırıb: “Avqustun 13-də “Zirə” ilə müqavilə imzaladım. “Beerşot”la sözləşməm bitdi, klub diqqətimi çəkən variantdan istifadə etmək istəmədi. Buna görə də qısa müddətdə seçim etməli oldum. Yayın əvvəllərində “Zirə”nin menecerləri ilə telefon danışığı oldu. Danışıqlar müsbət nəticələndi və bura gəldim. Yeni klubumda məndən gözlənti böyükdür”.
Qeyd edək ki, Loris Broqno bu mövsüm Premyer Liqada 2 matçda iştirak edib.