Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.
Sportnet.az-ın məlumatına görə, turun açılış oyununda "Zirə" klubu "Sumqayıt"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu 14-cü dəqiqədə "qartallar"ın belçikalı yarımmüdafiəçisi Loris Bronyo vurub.
Bu qələbədən sonra xallarını 11-ə çatdıran "Zirə" 3-cü pilləyə yüksəlib. "Sumqayıt" isə 7 xalla 5-ci sırada qalıb.
Qeyd edək ki, turun iki oyunu oktyabrın 2-də gerçəkləşəcək. "Keşlə" "Sabah"la, "Səbail" "Neftçi" ilə qarşılaşacaq. Tura oktyabrın 3-dəki “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.
-----------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma təşkil olunacaq.
"Zirə" komandası "Sumqayıt"ı qəbul edəcək. Paytaxt klubu 8 xalla 4-cü, "gənclik şəhəri təmsilçisi isə 7 xalla 5-ci pillədə qərarlaşıb.
Bu, komandaların Premyer Liqada 24-cü dueli olacaq. Əvvəlki 23 matçın 10-da meydan sahibləri, 6-da isə qonaqlar meydanı 3 xalla tərk edib. Topların fərqində də "Zirə" üstündür - 29:21.
"Qartallar" çempionatda rəqibinə qarşı keçirdiyi son 6 oyunda qələbə qazanmayıb. Son üç görüş isə heç-heçə ilə nəticələnib.
Azərbaycan Premyer Liqası, VI tur
1 oktyabr (cümə)
19:30. “Zirə” – “Sumqayıt” - 1:0
Qol: Loris Bronyo, 14
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun iki oyunu oktyabrın 2-də gerçəkləşəcək. "Keşlə" "Sabah"ı, "Səbail" "Neftçi"ni qəbul edəcək. Tura oktyabrın 3-dəki “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.