Kiprda "Omoniya" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının qrup oyununda qalmaqal baş verib.
Sportnet.az-ın məlumatına görə, Ağdam klubunun yarımmüdafiəçisi Kadi Borges 52-ci dəqiqədə hesabı bərabərləşdirdikdən sonra qolu qeyd etmək üçün meydanın kənarına gedib.
Bu zaman Nikosiya təmsilçisinin azarkeşləri meydana su şüşələri atıblar.
Qeyd edək ki, hazırda ikinci hissə oynanılır və hesab bərabərdir - 1:1.