Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son matçında "Qarabağ" "Qəbələ"nin qəbul edib. "Azersun Arena"da keçirilən mərkəzi qarşılaşma Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hər 2 qol ikinci hissədə vurulub. Əvvəlcə 52-ci dəqiqədə Abdullah Zubir hesabı açıb. 66-cı dəqiqədə isə Ramil Şeydayev görüşdə son nöqtəni qoyub. Bu, "Qəbələ"nin cari mövsümdə ilk məğlubiyyəti olub.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran "köhlən atlar" vahid lider olub. "Qırmızı-qaralar" isə 11 xalla 3-cü pilləyə geriləyib.
Qeyd edək ki, turun açılış oyununda "Zirə" doğma meydanda "Sumqayıt"a qalib gəlib - 1:0. Ötən gün keçirilmiş matçlarda "Neftçi" səfərdə "Səbail"i 3:1, "Keşlə" isə evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.
-------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə 1 görüş baş tutacaq. Turun mərkəzi qarşılaşmasında 11 xalla 2 - 3-cü yerləri bölüşdürən "Qəbələ" və "Qarabağ" klubları üz-üzə gələcək. "Azersun Arena"dakı görüş saat 19:00-da başlayacaq.
İki kollektiv indiyədək ölkə çempionatında 50 oyunda qarşılaşıb. Bunların 26-sı Ağdam klubunun, 10-u "qırmızı-qaralar"ın qələbəsi ilə başa çatıb. 14 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 76:42.
“Qarabağ” son iki qarşılaşmada böyük hesabla qalib gəlib. “Qəbələ” 12 oyundur qələbə qazanmır.
Azərbaycan Premyer Liqası
VI tur
3 oktyabr
19:00. "Qarabağ" - "Qəbələ" - 2:0
Qollar: Abdullah Zubir, 52, Ramil Şeydayev, 66
"Azersun Arena".
Qeyd edək ki, turun açılış oyununda "Zirə" doğma meydanda "Sumqayıt"a qalib gəlib - 1:0. Ötən gün keçirilmiş matçlarda "Neftçi" səfərdə "Səbail"i 3:1, "Keşlə" isə evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.